Modern.az

Artur Rəsizadə Azərbaycan xüsusi xidmətinə işləyən şəxslər haqqında qərar verib

Artur Rəsizadə Azərbaycan xüsusi xidmətinə işləyən şəxslər haqqında qərar verib

9 Avqust 2011, 18:29

Nazirlər Kabineti kəşfiyyat və əks-kəşfiyyat sistemində işləyən hərbi qulluqçuların əmək stajı ilə bağlı qərar qəbul edib. Modern.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarın 1-ci hissəsinə aşağıdakı məzmunda on yeddinci abzas əlavə edilib. 

Həmin əlavə edilmiş abzasda deyilir ki, "yüksəkixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı iki günü bir gün hesablanmaqla uzun müddət xidmətə daxil edilir".

Nazirlər Kabinetinin adıçəkilən qərarı "Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddət­indən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, miqra­siya, feldye­ger ra­bitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mən­sub şəxslərə və on­la­rın ailə­lərinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesab­lan­ması qay­dası haqqında" adlanır.

Qərarı baş nazir Artur Rəsizadə imzalayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı