Modern.az

Yaxın 2 günün hava proqnozu

Yaxın 2 günün hava proqnozu

10 Avqust 2011, 12:34

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, avqustun 11 və 12-də ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu və yağmursuz keçəcəyi gözlənilir

Avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq. 

Avqustun 12-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Avqustun 11-də Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 30-34 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək. 

Avqustun 12-də hava əsasən yağmursuz keçəcək. Lakin 12-də axşam, 13-də gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq. 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım