Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün ərizələrin qəbulu vaxtını uzadıb.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu üçün nəzərdə tutulan son müddət 11 avqust 2011-ci il saat 17:00-dək uzadılıb.
Modern.az