Həbsdə saxlanılan Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko kamerada onunla birgə saxlanılan məhbus yoldaşının həddən artıq siqaret çəkməsindən şikayətlənib. Modern.az “Ukrayniskaya pravda” qəzetinə istinadən bildirir ki, bu barədə baş nazirin həyat yoldaşı Aleksandr Timoşenko bildirib.
O qeyd edib ki, Yuliyanın davamlı xahişlərindən sonra məhkum qadın siqareti atıb. “Biz təcridxanada Yuliya ilə görüşən zaman o dedi ki, kamerda olan iki məhbus qadın çox müsbət xarakterli insanlardır. Və Yuliyaya qarşı çox ciddi yanaşırlar”.
Həyat yoldaşı qeyd edib ki, siqaret çəkən qadınlardan biri eks-baş nazirin xahişi ilə bu zərərli vərdişi tərgidəcəyini vəd edib.