Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün işğal altındakı Dağlıq Qarabağa, Azərbaycanla cəbhə xəttinə gəlib. Modern.az erməni saytlarına istinadən bildirir ki, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttindəki səngərlərə düşən Ohanyan burada döyüş növbəsində olan əsgərlərlə görüşüb. Müdafiə naziri xidmətdə fərqlənən hərbçilərə qiymətli hədiyyələr verib.
Dağlıq Qarabağa gəlməzdən əvvəl o, Ermənistnadakı hərbi hissələrdən birində olub. Ohanyan deyib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunaması üçün döyüş qabiliyyətli ordu lazımdır.