Modern.az

Baş Prokurorluq bir sıra prokurorların cəzalandırılıdığını bəyan edib

Baş Prokurorluq bir sıra prokurorların cəzalandırılıdığını bəyan edib

10 Avqust 2011, 18:27

Prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin düzgün təşkili və bu sahədə əməkdaşların məsuliyyətinin artırılması üçün kəsərli tədbirlər həyata keçirilir.

Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, son dövrlər ərzində prokurorluq orqanlarında  vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin yeni informasiya texnologiyalarının imkanlarından hərtərəfli istifadə olunaraq müasir  müstəvidə  təşkili istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilməklə,  «Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması barədə» 01.11.2010-cu il tarixli tam yeni məzmunda əmr verilib, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin strukturu daha da təkmilləşdirilməklə «Vətəndaşların qəbulu şöbəsi» yaradılıb, idarənin kadr tərkibi peşəkar əməkdaşlar hesabına əhəmiyyətli dərəcədə yeniləşdirilib.

Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili vəziyyətinin Mingəçevir şəhər, Ağsu və Cəlilabad rayon prokurorluqlarında  yoxlanılması nəticəsində bu sahədə  ciddi çatışmazlıqlara və icra intizamının pozuntusu hallarına yol verildiyi müəyyən edildiyinə görə  Baş Prokurorluq üzrə 08.08.2011-ci il  tarixli əmrlə həmin şəhər və rayonların prokurorları A.Qarayev, S.Məmmədli və M.İsmayılov, habelə Mingəçevir şəhər və Cəlilabad rayon prokurorlarının müavinləri və bir sıra digər əməkdaşlar  intizam məsuliyyətinə  cəlb ediliblər.


“Prokurorluq orqanları tərəfindən "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə dönmədən əməl edilməsi, bu sahədə işin düzgün təşkilinə  görə  əməkdaşların məsuliyyətinin artırılması istiqamətində  zəruri tədbirlərin görülməsi təmin ediləcək”-deyə bildirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım