Modern.az

Azərbaycanda gürcü kilsəsinə status verilib

Azərbaycanda gürcü kilsəsinə status verilib

11 Avqust 2011, 13:38

Dini Komitə provoslav kilsəsinin tələbini əsassız sayır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİK) Gürcüstan Patriarxlığının rəhbərliyi ilə Tiflisdə keçirilən pravoslavların ümümi yığıncağında Azərbaycanda gürcü kilsəsinin statusunun tanınması ilə irəli sürdüyü tələbə münasibət bildirib. Komitədən Modern.az-a verilən məlumata görə, bu tələbin irəli sürülməsinə heç bir zəmin yoxdur.
Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin (DQİDK) mətbuat xidmətinin rəhbəri Saleh Aslanovun sözlərinə görə, Azərbaycanda iki gürcü dini icması fəaliyyət göstərir. 

DQİDK-a rəsmisi qeyd edib ki, Gürcüstandan fərqli olaraq Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun var.
“Azərbaycanda iki gürcü  dini icması fəaliyyət göstərir. Hr iki gürcü dini icması “Dini etiqad azadlığı haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatından keçib. Bu icmalarda Gürcüstan Patriarxı II İlyanın təyin etdiyi keşiş fəaliyyət göstərir.”

Xatırladaq ki, Gürcüstan Patriarxlığının rəhbərliyi ilə Tiflisdə keçirilən pravoslavların ümümi yığıncağı Azərbaycanda gürcü kilsəsinin statusunun tanınması ilə bağlı prezident Saakaşviliyə tələb irəli sürüb. Gürcü pravoslavları gürcü kilsələri üçün bu statusun həmçinin Türkiyə, Ermənistan və Avropa ölkələrində də tanınmasını tələb edirlər.  

Gürcü dindarları parlamentin iyul ayında vətəndaş Kodeksinə dəyişiklikdən sonra digər dini icmalara status verilməsinin müqabilində bu tələbi səsləndiriblər.  

Yığıncaq iştirakçıları bəyan ediblər ki, sentyabr ayına qədər bu tələblər yerinə yetirilməsə, onlar mövcud hakimiyyəti pravoslav xrisitanlarının diskriminasiyasını həyata keçirən hökümət kimi tanıyacaqlar.

X. SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım