Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə élan edib. Modern.az nazirliyə istinadən bildirir ki, müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu avqustun 4-də başlayıb və ayın 18-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kadrlarla iş və hüquq şöbəsində aparılır.
Müsahibədə ƏƏSMN-də struktur qurumlarında inzibati vəzifədə qulluq keçən və inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən ediləcək. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınacaq.
Müsahibədə iştirak etmək üçün namizədlərdən ərizə (2 nömrəli əlavə), ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə) tələb olunur.
Modern.az