Modern.az

Azərbaycan İrana nota verdi

Azərbaycan İrana nota verdi

11 Avqust 2011, 16:27

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bu gün Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfir “FARS” xəbər agentliyinin 09.08.2011-ci il tarixli xəbərlər buraxılışında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan rəhbərliyinin və xalqının ünvanına söylədiyi yersiz fikirlərlə bağlı dəvət olunub.

İran İslam Respublikasının səfirini qəbul edən xarici işlər nazirinin müavini Nadir Hüseynov ona Azərbaycan tərəfinin etiraz notasını təqdim edib.

XİN-in notasında İran rəsmisinin bu cür məsuliyyətsiz iftiralarına qəti etiraz bildirilir və İran mətbuatında Azərbaycan Respublikasının xalqına və dövlətinə qarşı yönəldilmiş, milli mənafeyi və təhlükəsizliyinə zidd məlumatların yayımlanmasının, dövlətimizin daxili və xarici siyasətinin təhrif olunmasının ölkələrimiz arasında yaranmış dostluq münasibətləri, qarşılıqlı anlaşma və öhdəliklərlə ziddiyyət təşkil etdiyi vurğulanır.

Azərbaycan XİN-i İran tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması və bu kimi addımların bir daha təkrar olunmaması istiqamətində İran İslam Respublikası tərəfindən qısa müddət ərzində müvafiq tədbirlərin görülməsini və sözügedən məsələyə dair aydınlıq gətirilməsini tələb edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım