Rusiya BMT-nin Liviyaya qarşı çıxartdığı sanksiyalara qoşulub. Modern.az bildirir ki, bununla bağlı bu gün prezident Dmitri Medvedev fərman imzalayıb. Fərmana əsasən, Liviya təyyarələrinin Rusiya ərazisi üzərindən uçuşu qadağan edilib. Bundan əlavə, hərbi gəmilərə açıq dənizdə Liviyaya gedən və oradan gələn gəmiləri yoxlamaq icazəsi verilib.
Medvedevin fərmanı həmçinin, Qəddafi və onun yaxın qohumlarına, ətrafına, hüquqi şəxslərə maliyyə əməliyyatları aparmağı qadağan edib. Bundan başqa, bu şəxslərin Rusiya ərazisinə daxil olmasına qadağa qoyulub.
Modern.az