Modern.az

Eynulla Fətullayev ATƏT-in konfransında məruzəçi olacaq

Eynulla Fətullayev ATƏT-in konfransında məruzəçi olacaq

12 Avqust 2011, 12:42

Sentyabrın 9-da Avstriyanın paytaxtı Vyanada Avropa İttifaqının Azad Mətbuat Evi təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək. 11 sentyabr terror hadisəsinin 10 illiyinə həsr olunan konfrans dünya təhlükəsizliyinin təmin edilməsi barəsində müzakirə açacaq. Tədbirdə məruzəçi qismində Avropa İttifaqı Komissiyasının Avstriya üzrə rəhbəri Rixard Kuner, ATƏT-in Söz Azadlığı üzrə komissarı Dunya Myatoviç, Avstriyanın Sərhədsiz Reportyorlar Təşkilatının prezidenti Rubina Möhrinq, ABŞ-ın ATƏT-dəki rəhbəri İan Kelli iştirak edəcəklər. Konfransda Azərbaycanı keçmiş vicdan məhbusu, “İnsan Haqları Uğrunda” İctimai Hərəkatın rəhbəri Eynulla Fətullayev təmsil edəcək.

İnsan Haqları Uğrunda” İctimai Hərəkatdan Modern.az-a bildirilib ki, Eynulla Fətullayev tədbirdə “Təhlükəsizlikdə jurnalistikanın və internetin rolu” mövzusunda məruzə edəcək.

“İnsan Haqları Uğrunda” İctimai Hərəkatından verilən məlumata görə, konfransda Avropanın və ABŞ-nın bir çox nüfuzlu şəxsləri, alimlər, ictimai xadimlər və media üzrə ekspertlər iştirak edəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım