Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli Modern.az portalına verdiyi açıqlamada qurumun Sumqayıt təşkilatının rəhbəri kərbəlayi Arif Qəniyevin həbsini təsdiqləyib: “Məndə digərlərinin tutulması ilə bağlı xəbər yoxdu. Ancaq bunu deyə bilərəm ki, AİP-in Sumqayıt təşkilatının rəhbəri kərbəlayi Arif Qəniyev 11 avqust 2011-ci il tarixdə saat 17-də yaşadığı evin qarşısında oğlu ilə bərabər saxlanılıb və 48 saat müddətinə həbs olunub. Artın ona dövlət tərəfindən vəkil də təyin olunub. Vəkil deyir ki, əgər kərbəlayi Arifin işində şubhəli bir sey aşkar olunmazsa, 48 saatdan sonra sərbəst buraxılacaq”.
Hacı Akif Heydərli onu da bildirib ki, bu hadisəni AİP-ə növbəti təzyiq kimi qiymətləndirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Modern.az-a həbslə bağlı “bizdə elə bir məlumat yoxdu. DİN-in polis əməkdaşları tərəfindən nə dünən, nə də bu gün adı çəkilən vətəndaş saxlanılmayıb”.
İslamçıların yaydıqları məlumata görə, hacı Abgül Süleymanov adlı ruhani və islamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov tutulub
Mail Ağaxanov