Modern.az

Məleykə Abbaszadə: "Orta məktəblərdə şagirdlərə şişirdilmiş qiymətlər yazılır"

Məleykə Abbaszadə: "Orta məktəblərdə şagirdlərə şişirdilmiş qiymətlər yazılır"

12 Avqust 2011, 14:42

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu il ali məktəblərə qəbul olanlarla bağlı statistika barədə danışıb. O, deyib ki, bu il ali məktəblər üçün ayrılan 31 min 419 qəbul yerinə 30 min 409 nəfər daxil olub. Ümumilikdə qəbul planı 96,79 dolub. Tələbə adı qazanan abituriyentlər avqustun 18-ə qədər sənədlərini müvafiq ali məktəblərə təqdim etməlidirlər. Əks təqdirdə onlar problemlərlə üzləşəcəklər.

M.Abbszadə deyib ki, bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin 38,7 faizi 0-100 bal toplayıb. Həmin abituriyentlərin 28,1 faizi 2011-ci ildə orta məktəbləri bitirən məzunlardır.

Bu il ali məktəblərə imtahan verən şəxslərin 22 faizi isə 100-200 bal toplayıb. Bu il orta məktəbləri medalla bitirən şagirdlərin hamısının ali məktəblərə qəbul olunduğunu söyləyən TQDK sədri bu şagirdlərdən 3-nün ümumiyyətlə, TQDK-nın imtahanlarında iştirak etmədiyini deyib. Orta məktəbləri medalla bitirən şagirdlərin orta balı isə 500-dən yuxarıdır.

Orta məktəbi əlaçı olaraq bitirən, lakin medal ala bilməyən şagirdlərin 1,2 faizi 100 baldan az toplayıb. Onların 8,8 faizi isə 200-300 bal yığmağa müvəffəq olub.

Orta məktəbləri 4-4,5 orta qiymətlə bitirən şagirdlərin isə 11,6 faizi 100 baldan az toplayıb.

M.Abbaszadə deyib ki, qəbul imtahanlarında 0-100 bal toplayan abituriyentlər "2" qiyməti alan şəxslər kimi qiymətləndirilir. Bu il əlaçı attestatı alanların 1,2 faizinin 0-100 bal arasında nəticə göstərməsindən təəssüflənən M.Abbaszadə bunu orta məktəblərdə məzunlara şişirdilmiş qiymətlərin yazılmasi kimi izah edib.

“Bu nətixələr həmin məzunların attestat qiymətini şübhə altına alır”-0deyə M.Abbaszadə vurğulayıb.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım