Modern.az

ABŞ Səfirliyi Leyla Yunusun ofisinin sökülməsindən narazıdır

ABŞ Səfirliyi Leyla Yunusun ofisinin sökülməsindən narazıdır

12 Avqust 2011, 22:56

ABŞ-ın Azərbaycandakı Səfirliyi Bakıdakı Sülh və Demokratiya İnstitutunun binasının Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi ilə əlaqədar təşviş hissi keçirib.Bu barədə Modern.az saytına səfirliyin mətbuat xidmətindən məlumat verilib.

"Narahatçılığa əsas səbəblərdən biri odur kı, sökülmə rayon inzibati məhkəməsinin sözügedən mülkiyyətin sökülməsini və ya zəbt edilməsini qadağan edən 24 may  tarixli qərarına zidd olaraq baş vermişdir. Bundan əlavə, binanın sahibi respublika hüdudlarından kənarda olduğundan sökülmədən əvvəl binadakı əşya və sənədləri toplaya bilməmişdir"-deyə səfirliyin açıqlamasında qeyd edilir.

Mülkiyyət hüquqlarının qorunmasını təmin etmək məqsədilə  ABŞ Səfirliyi Azərbaycan hökumətini ziyan çəkmiş vətəndaşlarla açıq dialoqa çağırır və mülkiyyət hüquqlarının və qanunun aliliyinin müdafiəsinin azad və inkişaf etmiş cəmiyyətdə əsas rol oynadığını vurğulayır.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım