Modern.az

Bakıda ağır yol qəzası: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakıda ağır yol qəzası: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

13 Avqust 2011, 13:44

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonunda "Vaz" və "Mercedes" markalı 2 minik avtomobili toqquşması ilə bağlı məlumat yayıb. Modern.az nazirliyə istinadən bildirir ki, hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. "Vaz" markalı minik avtomobilinin sürücüsü yaralanıb və 2 sərnişin həlak olub, "Mercedes" markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin isə yaralanıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər yaralılara ilkin tibbi yardım göstərib, xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 08:01-də başa çatıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım