Modern.az

Salyanda ailə faciəsi - 6 yaşlı oğulu, atanı, ananı tok vurub

Salyanda ailə faciəsi - 6 yaşlı oğulu, atanı, ananı tok vurub

14 Avqust 2011, 18:35

Salyan rayonu Kürsəngi kəndində elektrik cərəyanı bir ailənin həyatını qaraldıb. Faciə Ağayevlər ailəsinin həyətyanı sahəsində baş verib.
Modern.az "Azadlıq" radiosuna istinadən bildirir ki, 6 yaşlı Əli Ağayev su nasosuna qoşulmuş elektrik naqilinə toxunub. Bu vaxt onu tok vurub. Ata Bəhruz Ağayev oğlunu xilas etmək istəyərkən cərəyan onu da vurub. Oğlunu və ərini xilas etmək istəyəndə ana Simuzər Ağayevanın özü də həlak olub.

Faciə baş verən ailədə yalnız 7 yaşlı qız sağ qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım