Modern.az

Mirzə Xəzərin ölüm xəbəri təkzib olundu

Mirzə Xəzərin ölüm xəbəri təkzib olundu

15 Avqust 2011, 12:34

Modern.az saytı xəbər verir ki, ANS TV bir qədər öncə Azərbaycanın görkəmli jurnalisti, uzun illər “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rəhbəri işləmiş Mirzə Xəzərin uzun sürən xəstəlikdən sonra 64 yaşında Bakıda vəfat etdiyi barədə məlumat yayıb. Bu barədə az öncə ANS-ə məxsus internet saytda da məlumat yerləşdirilib, lakin az sonra xəbər saytdan çıxarılıb.

Modern.az öz növbəsində bu xəbərlə bağlı araşdırma aparıb. "Azadlıq" radiosunun Mirzə Xəzərlə əlaqəsi olan əməkdaşları saytımıza bildiriblər ki, xəbər həqiqətə uyğun deyil və Mirzə Xəzər sağdır.

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım