Modern.az

Azərbaycan səfirliyi Keçiörən bələdiyyəsi ilə birgə Ramazan şənliyi keçirib

Azərbaycan səfirliyi Keçiörən bələdiyyəsi ilə birgə Ramazan şənliyi keçirib

15 Avqust 2011, 14:17

Ankaranın Keçiörən rayon bələdiyyəsi ilə Azərbaycanın Türkiyədəki səfirliyi müştərək olaraq Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində 12 avqust tarixində “Azərbaycan günü” adlı tədbir təşkil edib. Bu barədə Modern.az saytına səfirtlikdən məlumat verilib.

Tədbir çərçivəsində şənliklərin olduğu ərazidə “Azərbaycan evi” açılıb. Həmin evdə Azərbaycana xas tarixi, ədəbi, mədəni, iqtisadi əyani təbliğat materialları həm nümayiş etdirilib, həm də “Azərbaycan evi”ni ziyarətə gələn tədbir iştirakçılarına paylanılı. “Azərbaycan evi”ndə həmçinin ölkəmizi tanıdan video təqdimat da nümayiş etdirilib.

Tədbirin açılışını Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak həyata keçirib. O, öz açılış nitqində iki ölkənin yaxın qardaşlıq əlaqələrindən və bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyindən bəhs edib.

Daha sonra səfirliyimizin müvəqqəti işlər vəkili Ceyhun Zeynalov öz çıxışında belə tədbirlərin əhəmiyyətindən bəhs edib, “Azərbaycan günü”nə qatılan ankaralılara dərin minnətdarlığını bildirib.

Ardından Azərbaycan musiqiləri sədası altında Keçiörən bələdiyyəsinin rəqs qrupu ölkəmizə xas müxtəlif rəqslər nümayiş etdirib, Azərbaycan musiqiləri ilə şənliyə qatılan iştirakçılara əyləncəli anlar yaşadıb.

Modern.az       

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım