Modern.az

İlham Əliyev Şabran rayonunda bir sıra obyektlərin açılışını edib

İlham Əliyev Şabran rayonunda bir sıra obyektlərin açılışını edib

15 Avqust 2011, 18:39

Prezident İlham Əliyev ölkənin şimal bölgəsinə səfəri çərçivəsində Şabranda Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident Şabran şəhərinin mərkəzində ucaldılan abidəsinin önünə gül dəstəsi qoyub. Prezidentə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, abidənin yerləşdiyi meydanda geniş abadlıq işləri görülüb  yaşıllıq zolağı salınıb. (AzərTAc)

Daha sonra İlham Əliyev Şabran şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.  Prezidentə bildirilib ki, mərkəzdə foto-video studiyası, virtual sinif yaradılıb. Mərkəzin ikinci mərtəbəsində xalçaçılıq və rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Mərkəz bütün zəruri avadanlıqla, o cümlədən yüksək sürətli internetlə, kompyuterlərlə təchiz edilib.
Prezident  görülən işləri yüksək qiymətləndirib, mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. 

Prezidenti İlham Əliyev həmçinin Şabran Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Görülən işləri yüksək qiymətləndirən İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin daha da zənginləşdirilməsi barədə tapşırıq və tövsiyələrini verib. 

Modern.az 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım