Modern.az

Asiya İnkişaf Bankının missiyası 600 milyon dollarlıq investisiya ilə bağlı Bakıya gəlir

Asiya İnkişaf Bankının missiyası 600  milyon dollarlıq investisiya ilə bağlı Bakıya gəlir

16 Avqust 2011, 11:06

Bu gün Asiya İnkişaf Bankının (AİB) Şəhər İnkişafı üzrə Baş Mütəxəssisi Vicay Padmanabhanın rəhbərlik etdiyi Missiya Azərbaycana gəlir. Asiya İnkişaf Bankının Azərbaycanda Daimi Nümayəndəliyindən Modern.az-a bildirilib ki, missiya 2009-cu ildə AİB tərəfindən təsdiqlənən və həcmi 600  milyon ABŞ dolları olan Su Təchizatı və Kanalizasiya Sistemi üçün İnvestisiya  Proqramı çərçivəsində həyata keçiriləcək ikinci layihəni müzakirə edəcək.

Missiya “Azərsu” ASC-nin, Maliyyə Nazirliyinin, Naxçıvanın hökumət  nümayəndələri ilə, inkişaf üzrə tərəfdaşlarlarla və qeyri-hökumət təşkilatlarının təmşilçiləri ilə görüşəcək.  Missiya həmçinin layihələrin hazırlıq səviyyəsini qiymətləndirmək üçün layihələrin icra olunduğu yerləri, layihələrin həyata davamlılıq, tərtibat, satınalma, ətraf mühitin mühafizəsi və sosial müdafiə normalarına nə dərəcədə uyğun olduğunu nəzərdən keçirəcək.

İnvestisiya proqramı təxminən 500 000-ə yaxın insana göstərilən su və kanalizasiya xidmətlərinin əhatə dairəsini, keyfiyyətini və davamlılılığını təkmilləşdirəcək.  Həcmi 75 milyon ABŞ dolları olan ilk kredit tranşından Göyçay və Naxçıvandakı su və kanalizasiya infrastrukturunun bərpası üçün istifadə olunur. İkinci layihə çəçivəsində Ağdaşda, Göyçayda, Naxçıvanda və daha bir şəhərdə su və kanalizasiya sistemlərinin qurulması prosesinin başa çatdırılması nəzərdə tutur. Missiya öz işinə 25 avqust, 2011-ci il tarixində baş vuracaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım