Modern.az

Ziya Məmmədovun oğluna məxsus marşrularda süni qiymət artımı

Ziya Məmmədovun oğluna məxsus marşrularda süni qiymət artımı

22 Avqust 2011, 18:10

İqtisadi Inkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdaifəsi Dövlət Xidməti tərəfindən daha 10 marşurutda suni qiymət artımı dayandırılıb. Bu barədə Modern.az nazirliyin mətbuat xidmətinə istinadən məlumat verib.

Nazirlik bildirib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sərnişindaşıma sahəsində davam etdirilən monitorinqlər zamanı  24 nömrəli (Q.Qarayev metrosu - Şüvəlan qəsəbəsi), 31 nömrəli (N.Nərimanov metrosu - Maştağa qəsəbəsi), 50 nömrəli (Ulduz metrosu - Pirallahı qəsəbəsi), 67 nömrəli (20 yanvar metrosu - Qobu qəsəbəsi - Güzdək qəsəbəsi), 72 nömrəli (Q.Qarayev metrosu - Bilgəh qəsəbəsi), 97 nömrəli (20-ci sahə - Sahil qəsəbəsi), 109 nömrəli (20 Yanvar metrosu - Müşfiq qəsəbəsi - Qobustan kəndi (Təzəkənd)), 166 nömrəli (Q.Qarayev metrosu - Ramanı qəsəbəsi (Gülçülük sovxozu), 171T nömrəli (Q.Qarayev metrosu - Buzovna qəsəbəsi - Bilgəh qəsəbəsi) və 319 nömrəli (M.Əzizbəyov metrosu - Savalan yaşayış sahəsi) marşrutlarda süni qiymət artımına yol verildiyi müəyyən edilib.

Belə ki, sərnişinlərdən həmin marşrutlarda Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş tariflərdən 5-10 qəpik artıq gediş haqqı alındığı aşkar olunub.

Görülən tədbirlər nəticəsində süni qiymət artımının qarşısı alınıb və gediş haqqlarının müəyyən edilən məbləğlərə uyğunlaşdırılması təmin edilib.

Qeyd edək ki, marşrutlar üzrə sərnişindaşıma xidmətlərinin qiymətləri Tarif (qiymət) Şurasının internet saytında (www.tariffcouncil.gov.az) yerləşdirilib.

Sərnişinlərə  Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərdən artıq gediş haqqı tələb olunduqda, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə (195-2) və ya İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ((012) 498-15-01 və (012) 498-15-04) müraciət etmələri tövsiyə olunur. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, yuxarıda adları qeyd olunan marşrutlar nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus "Transqeyt" MMC-nin nəzarətindədir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım