Modern.az

Almaniya səfiri Şəmkirdəki alman kilsəsinə gedib (FOTOLAR)

Almaniya səfiri Şəmkirdəki alman kilsəsinə gedib (FOTOLAR)

23 Avqust 2011, 10:57

Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelle bu gün Şəmkirdə səfərdə olub. Səfər çərçivəsində diplomat bir sıra işgüzar görüşlər keçirib. Həmçinin rayonun tarixi keçmişi ilə maraqlanıb. Herbert Kvellenin Şəmkirə səfəri rayon İcra Hakimiyyətində ikitərəfli görüşlə başlayıb. Daha sonra səfir rayon rəhbərliyinin müşayiəti ilə İstiqlal parkını gəzib, vaxtilə almanlar tərəfindən salınan küçələrlə tanış olub. Diplomata son illər Şəmkirdə görülən işlər barədə məlumat verilib.  
Herbert Kvelle deyib ki, Şəmkirdə gördüklərindən sonra əminliklə deyə bilər ki, bu rayonda regionların inkişafına dair Dövlət Proqram uğurla həyata keçirilir.
“Biz Şəmkirdə üzümçülük və şərabçılığın keçmiş ənənələrindən xəbərdarıq. Almaniyada da şərabçılığa böyük maraq var. Gələcəkdə bu sahə üzrə ikitərəfli əməkdaşlıq qurmaq haqqında düşünəcəyik” deyə rəsmi qonaq sözlərinə əlavə edib.  
Herbert Kvelle 1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsində də olub. 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq müzeyi kimi fəaliyyət göstərən kilsə hazırda qəzalı vəziyyətdədir. Diplomat kilsənin əsaslı təmiri üçün məqsədyönlü addımların atılacağını diqqətə çatdırıb. 
Səfir Qaracəmirli kəndində arxeoloji qazıntı aparılan əraziyə də baş çəkib, qazıntıda iştirak edən alman arxeoloqlarla görüşüb.




Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım