Qəddafinin bir oğlu onun yanındadır
Liviya lideri Müəmmər Qəddafinin oğlu Mutəəssim atasının Bab-əl-Əziziyyə rezidensiyaındadır. Bu barədə “Əl-Ərəbiyyə” kanalı məlumat yayıb. Telekanal məlumat verib ki, NATO binanın divarlarını dağıtmaq üçün havadan atəşə tutmağa hazırlaşır. Kompleksin yaxınlığında yaşayan bütün sakinlər oradan köçürülüb.
Mutəəəssim Qəddafi atasının milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisidir. Onun taleyi barədə indiyə qədər heç bir məlumat yox idi.
BBC-nin son məlumatlarına görə, Tripolini ələ keçirmiş müxalifət getdikcə mövqelərini itirməyə başlayıb. Hazırda üsyançılar şəhəri tərk ediblər. Həbs xəbəri yayılmış Səif-əl-İslam isə gözlənilmədən “Frans-Press” Agentliyinə müsahibə verib və azadlıqda olduğunu bildirib. O bildirib ki, atası Tripolidə təhlükəsiz yerdədir. S.İslam bildirib ki, hökümt qüvvələri qiyamçıları sıxışdıraraq tələyə salıb.
“Vesti” isə bildirib ki, S.İslam qərb ölkələrini ittiham edib ki, “yüksək texnologiyalardan istifadə edərək Qəddafinin guya devrildiyi barədə məlumatlar yayıblar”.
“Bu məlumatlar xaos yaratmaq məqsədi ilə edilib”.
Tripolidə işləyən jurnalistlərin sözlərinə görə, hazırda şəhər kimin nəzarət etdiyini anlamaq olmur. Bir sıra rayonlar qiyamçıların əlində olsa da, küçələrdə Qəddafi qoşunlarının hərəkəti müşahidə olunur.
Əvvələr qiyamçılarn liderləri bildirirdilər ki, Tripolinin 95 faizinə nəzarət edirlər.
Modern.az