Modern.az

Azərbaycan Fransaya nota verib

Azərbaycan Fransaya nota verib

23 Avqust 2011, 14:16

Azərbaycanın Fransadakı səfirliyi rəsmi Parisin Xarici siyasət idarəsinə fransız deputatların Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər etməsinə etiraz əlaməti olaraq nota təqdim edib. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin birinci katibi Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, nota vasitəsilə Fransa XİN-dən fransız deputatların Dağlıq Qarabağa səfəri ilə bağlı izahat tələb edilib. 

Qeyd edək ki, erməni KİV-lərinin məlumatına görə, iki gün öncə bir qrup fransız parlamentari Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər edib. Fransız deputatlar Dağlıq Qarabağda bir sıra görüşlər keçiriblər, qondarma qurumun nümayəndələrilə söhbətlər aparıblar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım