“Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yaninda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstyi Şurasının maliyyə dəstəyi ilə «Turizm sənayesinin inkişafı: mövcud xidmət səviyyəsi və zəruri tədbirlər» layihəsini həyata keçirir. Layihə çərşivəsində turizm obyektlərində xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə sorğu aparılır.
İctimai Birlikdən Modern.az-a bildirlib ki, sorgunun arealı Bakı şəhəri də daxil olmaqla ölkənin 3 regionunu (Quba, Gəncə) əhatə edir. Artıq regionlar üzrə sorgu başa çatıb. Sentyabr ayınin ilk 10 günlüyündə nəticələrlə baglı ictimaiyyətə məlumat verilməsi nəzərdə tutulub. Sorgua iştirak edən respondentlərin 25 % -ni xidmət obyetlərinin sahibləri, 25 % -ni xidmət işçiləri qalan 50 %-ni xidmət alanlar teşkil edir.
Mərkəzin sədri Sevinc Kərimova layihə ilə baglı bunları diqqətinə çatdirib: “Layihənin məqsədi turizm obyektlərində xidmətin vəziyyətini tədqiq etmək və aidiyyatı dövlət qurumlarına təkliflər hazırlamaqdır. Bu il dövlət başçısı tərəfindən ölkədə “Turizm ili”elan edilib və bununla baglı çoxlu içlər aparılır. İnanıram ki, bizim Mərkəz də oz növbəsində bu layihə ilə görülən işlərə az da olsa töhfə verəcək.”
Qeyd edek ki, layihə iyulun 10-undan başlayib və avqustun ilk ongunluyundə başa çatacaq. Layihə çərçivəsində 600 nəfər respondentin sorguya cəlb edilməsi nəzərdə tutulub.
Modern.az