Samux ərazi kənd təsərüffatı idarəsinin rəisi Ziyad Abbasov tutduğu vəzifədən azad edilib. Bu barədə Samux Ərazi Kənd Təsərüffatı İdarəsindən Modern.az-a məlumat verilib. Məlumata görə, Ziyad Abbasov öz ərizəsinə əsasən tutuduğu vəzifədən azad edilib.
Hal-hazırda İdarəyə yeni rəis təyin olunmayıb və bu vəzifəni idarənin iqtisadçısı Yaqub Tanrıquliyev icra edir. Qeyd edək ki, Samux ərazi kənd təsərüffatı idarəsi 4 rayonun kənd təsərrüfatına nəzarət edir və Gəncədə Şah İsmayıl Xətai prospektində yerləşir.
Xaliq Qurbanov
Gəncə