Modern.az

Osmanlının “Mərdanova məktublar”ı xaricdə çap olunacaq

Osmanlının “Mərdanova məktublar”ı xaricdə çap olunacaq

23 Avqust 2011, 16:01

Riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının “Təhsilimizin problemləri” seriyasından çap etdirdiyi “Təhsil tariximizin qara ləkələri” (400 səh.), “Təhsilimiz hara gedir?” (448 səh.) və “Təhsilimiz bu gün” (400 səh.) kitabları oxuculara yaxşı tanışdır.

Ötən ay müəllifin “Qanun” nəşriyyatında 240 səhifəlik “Mərdanova məktublar” adlı daha bir kitabı işıq üzü görüb. Kitabda müəllifin böyük narahatçılıq hissilə təhsil naziri Misir Mərdanova ünvanladığı 9 məktubu yer alıb. Hələ də cavabını gözləyən həmin məktublarda son 10-12 ildə təhsilimizin məzmununda baş verən dağılmalar, onların yaranma səbəbləri və aradan qaldırılma yolları haqqında söhbət gedir.

Əlövsət Osmanlının Modern.az-a verdiyi məlumata görə, “Mərdanova məktublar”ın bu ilin sonunadək üç dildə - ingiliscə Nyu Yorkda, türkcə İstanbulda və rusca Moskvada çap olunacağı gözlənilir. Hal-hazırda kitab üzərində tərcümə işləri gedir. Daha sonra müəllif bildirib ki, layihəni məşhur beynəlxalq təşkilatlardan biri həyata keçirir və bu işə dilimizin incəliklərini bilən professional tərcüməçilər cəlb olunub.



Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım