Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat məsələri üzrə müşaviri Yavuz Bayram Maraş bu gün Modern.az xəbər portalının redaksiyasında olub. Həftəsonu Azərbaycanı tərk edəcək Yavuz Bayram Maraş bununla əlaqədar redaksiyamızın üzvlərilə görüşüb, vidalaşıb. Onun digər KİV redaksiyalarına da baş çəkəcəyi gözlənilir.
Qeyd edək ki, bir neçə ay müddətində Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirinin yeri boş qalacaq. Bu səlahiyyəti hələki səfirliyin əmniyyət işləri üzrə müşaviri İsmayıl bəy yerinə yetirəcək.
Səfirliyinin yeni mətbuat müşavirinin kimliyi isə sentyabr ayının sonlarında bəlli olacaq.
Modern.az