Modern.az

Erməni siyasətçi: “Erməni iqtidarı Azərbaycan hakimiyyəti qədər milli deyil”

Erməni siyasətçi: “Erməni iqtidarı Azərbaycan hakimiyyəti qədər milli deyil”

23 Avqust 2011, 17:30

“Erməni xalqı Azərbaycan hakimiyyəti və azərbaycanlılar kimi müstəqilliyi milli özünüdərk və öz köklərinə qayıdış kimi qəbul edə bilmədi”. Modern.az bildirir ki, bu barədə “Milli Müqəddəratı təyinetmə” Birliyinin lideri Paruyr Ayrikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il Ermənistan özünün müstəqillyinin 20 yaşını qeyd edir. “Amma biz həqiqətən müstəqilliyi qiymətləndirsəydik, o zaman bu bayramı mayın 28-də qeyd edərdik. Baxın, bayraq, gerb və himn-bütün simvollar 1918-ci ildən gəlir. Amma müstəqil dövlətimizin tarixini 21 sentyabr 1991-ci ildən qeyd edirik”.

Ayrikyanın sözlərinə görə, Ermənistanda bu illərdə mövcud olmuş bütün üç hakimiyyət üçün milli dəyərlər əhəmiyyət kəsb etməyib.  “Bizim rəhbərlər Azərbaycan hakimiyyəti qədər milliyətçi deyil. Azərbaycan rəhbərliyi öz milli köklərinə qayıda bildi. Onlar müstəqillik tarixini 1918-ci ildən sayırlar”-deyə o vurğulayıb.

Qeyd edək ki, Paruyr Ayrikyan Ermənistanda özünün siyasi baxışları ilə fərqlənir. Ayrikyan 1992-ci ilin iyul ayında, Dağlıq Qarabağda Azərbaycanın hərbi qələbələrinin qızğın vaxtında  erməni deputatlarının imzaladığı  sülh bağlamaq barədə rəsmi müraciəti Bakıya gətirib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım