Modern.az

Bakcell tələbələrə sertifikatlar təqdim edib (FOTO)

Bakcell tələbələrə sertifikatlar təqdim edib (FOTO)

23 Avqust 2011, 18:03

Azərbaycanın Ilk Mobil Operatoru olan Bakcell şirkəti, Alcatel-Lucent Azərbaycan və Junior Achievement Azərbaycan (JAA) təşkilatı “İşə Hazırlıq” proqramının 15 iştirakçısını sertifikatlarla təltif edib. Layihə, Bakcell şirkətinin dəstəyilə və Alcatel-Lucent Azərbaycan şirkəti ilə tərəfdaşlıq çərçivəsində Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramı çərçivəsində reallaşır.  

Bakcell-in Baş icraçı direktoru cənab Riçard Şirer tələbələri işə hazırlıq proqramını uğurla bitirdiklərinə görə təbrik edərək, onlara təhsildə və gələcək karyeralarında uğurlar arzulayıb. “Biz istəyirik ki, gənclərimiz telekommunikasiya biznesi haqqında daha çox öyrənsinlər. Bakcell-də keçirilən işə hazırlıq proqramı mobil rabitə şirkətinin necə işlədiyini müşahidə etmək üçün tələbələrə verilmiş əvəzolunmaz bir füsətdir”, deyə cənab Şirer bildirib.

Junior Achievement Azərbaycan təşkilatının İcraçı direktoru Rəşad Xanlarov təcrübə imkanlarına görə tələbələr adından Bakcell şirkətinə təşəkkürünü bildirib. “İşə Hazırlıq proqramı zamanı iştirakçılar şirkətin strukturu və mövcud karyera imkanları barədə öyrəndi və ən əsası, müxtəlif peşələrə sahib olmaq üçün lazımi bilik və bacarıqlara yiyələndilər. Bakcell şirkətinin peşəkar mütəxəssislərinin birbaşa nəzarəti alltında tələbələr onlara verilən tapşırıqları yerinə yetirir və korporativ mühitə qatılırdılar. Nəticədə onlar gələcək karyera seçimlərini daha yaxşı edə biləcəklər”, deyə cənab Xanlarov vurğulayıb.  

Xatırladaq ki, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Qafqaz və Xəzər universitetlərini təmsil edən 45 tələbə proqramda iştirak etmək üçün seçilib. Proqram çərçivəsində tələbələr işə hazırlıq, biznes etikası və mobil telekommunikasiya sənayesi üzrə ixtisaslaşmış təlimlərdə iştirak ediblər. Təlim proqramı Bakcell, Alcatel-Lucent və JAA təşkilatının birgə hazırladığı və mobil telekommunikasiya ilə daha yaxından tanış edən innovasiyalı material əsasında təşkil olunub. Ən uğurlu 15 tələbə Bakcell şirkətində təcrübə proqramında iştirak etmək və telekommunikasiya biznesində karyera haqqında öyrənmək imkanı qazanıb. 



Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım