Modern.az

Politoloq: “Ərdoğan istəsə, türk-erməni protokolları parlamentin gündəliyinə salınacaq”

Politoloq: “Ərdoğan istəsə, türk-erməni protokolları parlamentin gündəliyinə salınacaq”

23 Avqust 2011, 18:19

Türkiyə parlamenti erməni-türk protokollarını qüvvədən düşmüş hesab edib. Modern.az bildirir ki, Türkiyə parlamentinin daxili nizamnaməsinə əsasən, qurumun əvvəlki heyəti tərəfindən müzakirə olunmayan qanun layihələrinin hüquqi qüvvəsi bitmiş sayılır. Lakin Türkiyə qanunvericiliyi hökumət və ya deputatlar tərəfindən sənədin yenidən gündəliyə gətirilməsini də nəzərdə tutur.

Bəs bu protokollar yenidən gündəmə gələcəkmi? Bu barədə saytımıza danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, qardaş ölkənin parlamentinin iş prosesinə görə, gündəlik hökümətin təkif etdiyi qanun layihələri ilə tərtib edilir. Lakin millət vəkilinin də layihə ilə təklif etməsi mümkündür.
“Türk-erməni protokollarına gəlincə, bu məsələdə hökümətin mövqeyi vacib olacaq. Əgər hakimiyyət istəyərsə, o zaman protokollar parlamentin gündəliyinə salınacaq”-deyə politoloq vurğulayıb. Q. Hüseynlinin sözlərinə görə, protokollar artıq Dağlıq Qarabağ məsələsi ilə birgə baxılır.
“Zənnimcə, bu məsələlər artıq bir-birinə bağlıdır. Münaqişə ilə bağlı hazırkı vəziyyətə baxdıqda bu aydın görünür. Məncə, 3-4 il ərzində Türkiyə protokollaru gündəmə çıxarmayacaq”-deyə o vurğulayıb. 

Qeyd edək ki, Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin bərpa edilməsinə dair protokollar 2009-cu ilin 10 oktyabr tarixində Sürixdə imzalanıb. Protokollardan biri iki ölkə arasında münasibətlərin inkişafını, digəri isə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur. Lakin Ermənistan Türkiyənin ön şərt irəli sürməsini bəhanə gətirərək 2010-cu ilin 22 aprelində bu prosesin dondurulması haqqında qərar qəbul edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım