SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun “Yaşıl Xaç” Fondunun Ermənistana məhəbbəti tükənmir. Modern.az “Delovoy Peterburq” jurnalına istinadən bildirir ki, Qorbaşovun Fondu Ermənistanda günəş batareyaları istehsal edən zavodun tikintisi üçün 8 milyon dollar pul ayırıb.
Zavod Spitak şəhərində tikiləcək. Müəssisə min ədəd günəş batareyası buraxacaq. Məhsul Braziliya və Mozambikə göndəriləcək. Qorbaçov Fondu 1993-cu ildə təsis edilib.