Modern.az

Tripolidə Qəddafi tərəfindən vuruşan ukraynalı muzdlular tutulub

Tripolidə Qəddafi tərəfindən vuruşan ukraynalı muzdlular tutulub

23 Avqust 2011, 18:46

Liviya qiyamçıları Qəddafi tərəfdən vuruşan ukraynalı muzdluları tutublar. Modern.az bildirir ki, bu barədə ABŞ-ın “Channel 4 Nyus”un əməkdaşı Sara Kop özünün Tvitter səhifəsində yazıb. Jurnalistin sözlərinə görə, o “milli neft korporasiyasının həyətində əlləri yuxarı qaldırılmış 10-11 nəfərin addımladığını görüb. Qiyamçıların komandanlığı ona deyib ki, bu adamlar ukraynalı muzdlulardır”.

KİV-lərin məlumatına görə, Liviyada ukraynalı muzdlular döyüşür. Bu isə Ukrayna qanunları ilə qadağan edilib. Hələ fevralın 22-də Amerika analitik kəşfiyyat orqanı olan STRATFOR diplomatik mənblərə istinadla bildirmişdi ki, “ukraynalı təyyarəçilər Liviyaya məxsus MİQ qırıcı təyyarələrində üsyançıları bombalayıblar”.

O zaman Ukryana səfirliyi bunu qəti şəkildə təkzib etmişdi.

Hal hazırda Triplolidə Qəddafinin rezidensiyası ətrafında döyüşlər davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım