Modern.az

Maraqlı oğurluq: oğru pulu Somaliyə yardım hesabına keçirdi

Maraqlı oğurluq: oğru pulu Somaliyə yardım hesabına keçirdi

23 Avqust 2011, 19:53

Türkiyədə maraqlı oğurluq faktının üstü açılıb. Modern.az “Hüriyyət” qəzetinə istinadən bildirir ki, İstanbulda oğurlanmış kredit kartından Somaliyə yardım olaraq 500 YTL göndərilib.

Kartın kodunun oğurlandığını bir neçə gündən sonra hiss edən Yalçın Dəmirçi adlı şəxs hesabını yoxlayarkən 3 min YTL-in hesabından silindiyini bilib.

O oğurlanmış məbləğin internet vasitəsilə alverə xərcləndiyini müəyyən edib. Onu təəccübləndirən fakt isə oğurlanmış pulun 500 lirəsinin Somaliyə yardım yığan insan haqları dərnəyinin hesabına keçirilməsi olub.
“O adını Erdi yazıb və mobil telefon nömrəsini qeyd edib. Bu oğru rəsmən Ramazan zəkatını mənim pulumla çıxarıb. Bununla savab qazanmaq olmaz”-deyə Dəmirçi şikayətlənib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım