Liviya lideri Müəmmər Qəddafinin paytaxt Tripolidəki rezidensiyası üsyançıların əlinə keçib. Müxalifət Qəddafinin "Əziziyə Qapısı" adlannan sarayını tutsa da, polkovnik və oğulları orada tapılmayıb. Bu zəfərə baxmayaraq üsyançılar paytaxta hələ tam hakim deyil.
Tripolini ələ keçirən müxalifət qüvvələrinin tezliklə Qəddafi rejiminə son qoyacaqları bildirlir.
Lakin Qəddafi özü 42 illlik hakimiyyətini hələ təslim etməyəcəyinədair bəyanat verib.
Modern.az “Reuters”ə istinadən bildirir ötən gecə Qəddafi gözlənilmədən radio ilə çıxış edib. Liviya lideri xalqa müraciət edərək üsyançılara və NATO qüvvələrinə qarşı sonadək vuruşacağını vurğulayıb. Qəddafi deyib ki, onun Tripolidəki rezidensiyasının təslim olması taktiki gedişdir və tezliklə bunun əvəzi çıxılacaq.
Harada olduğu bilinməyən Müəmmər Qəddafi radio ilə liviyalılara səslənib: "Hücumlar qarşısında ya zəfər, ya ölüm! Qərargahdan ayrılmamız bir strategiya gərəyi idi".
Ötən gecə Qəddafinin sarayına girən üsyançıların ilk işi polkovniki və oğullarını axtarmaq olub. Ancaq Qəddafi ailəsini tapmaq mümkün olmayıb. Üsyançıların komandirlərindən Əhməd Ömər Bani "hər yeri axtardıq, binada heç biri yox idi" deyib.
Üsyançılar Qəddafinin məşhur çadırlarından birini yandırıblar. Müxaliflər sarayın bütünlüklə yoxlayandan sonra "Allahu Əkbər" və "Əlhəmdülillah" şüarları ilə zəfəri havaya atəş açmaqla qeyd ediblrə.
"Babi Əziziyə" zəfərinə baxmayaraq Bengazidəki Milli Keçici Şura başçısı Mustafa Əbdül Cəlil ehtiyatı əldən buraxmayacaqlarını bəyan edib. Cəlil "Tripolidəki döyüşün bitdiyini söyləmək hələ tezdir. Qəddafi və oğullarını ələ keçərmədən bunu söyləmək olmaz" deyib. Müvəqqəti hökumətin başçısı bildirib ki, Qəddafinin saxlanmış ola biləcəyi yer onun doğma şəhəri -Sirtedir. Və tezliklə oranı da ələ keçərəcəklər.
Modern.az