Modern.az

Bu gün iki cüdoçumuz London Olimpiadasına lisenziya uğrunda mübarizə aparacaq

Bu gün iki cüdoçumuz London Olimpiadasına lisenziya uğrunda mübarizə aparacaq

Təhsil

24 Avqust 2011, 10:57

Paris şəhərində təşkl olunmuş London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatının 2-ci günündə daha iki idmançımız Olimpiadaya seçim meyarı olan reytinq xalları uğrunda mübarizə aparacaq. Belə ki, kişilər arasında 73 kg kategoriyalı Renat Mirzəliyev Mavrikiya adasının təmsilçisi Paulin Mak Leon ilə 15-ci sırada görüşəcək. Qadınlar arasında isə 57 kg kategoriyalı idmançımız Kifayət Qasımova Haitini təmsil edən Jan Batist ANJ Mersi adlı idmançıyla 10-cu sırada  yarışacaq.

Xatırladaq ki, dünya çempionatının 1-ci günündə 60 kg çəki dərəcəsində olan Muşkiyev İlqar bürünc medal qazanıb. Qeyd edək ki,təsəlliverici yarışda həmyerlimiz erməni mənşəli Rusiya Federasiyasının idmançısı Rasten Galstyana qalib gəlib.

"Məlumat üçün bildirək ki, 136 ölkədən 950-yə yaxın idmançının qüvvəsini sınadığı yarışda 1-ci yerin sahibləri 500 lisenziya xalı qazanacaqlar. İkinci yer 300 xal, 3-cü yer 200 xal, 5-ci yer 100 xal, 7-ci yer 80 xal, 1/16 yer 60 xal, 1/32-ci yer 40 xal qazanacdıracaq"-deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.
 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım