Modern.az

Bakı-Sumqayıt yolunda böyük tıxac...

Bakı-Sumqayıt yolunda böyük tıxac...

Təhsil

24 Avqust 2011, 11:07



Bir neçə gündür Bakı-Sumqayıt yolunda müşahidə olunan “tıxaclar” bu gün səhər özünün böhran həddinə çatıb. Belə ki, səhər saatlarında Bakı-Sumqayıt yolunun Qafqaz Universitetinin yanından “Ekoloji post”a qədər olan hissəsinin yol polisi tərəfindən heç bir şərh verilmədən bağlanması nəticəsində həmin istiqamətdən paytaxta hərəkət edən avtomobillərin böyük tıxac yaratması ilə nəticələnib. Bunun nəticəsində tıxaca düşən avtomobillərin bir-birinə çırpılması da müşahidə edilib. Xırdalan dairəsinə “KAMaz” markalı yük maşınının “Tofaş”la bir-birinə toxunması isə yolda hərəkəti 1 saata qədər ləngidib.

Nəzərə alsaq ki həmin istiqamətdən paytaxta təkcə Sumqayıt və Abşeron sakinləri deyil, həm də ölkənin şimal rayonlarından gələn avtomobillər hərəkət edir, onda yolun saatlarla bağlı saxlanılmasının hansı mənzərə yaratdığın təssəvvür etmək o qədər də çətin olmaz. Ən acınacaqlısı isə odur ki, hava şəraitinin yağmurlu olmasına baxmayaraq, avtomobil yolu bağlanıldığına görə işə gecikən bəzi insanlar paytaxta da piyada hərəkət etməli olublar.

Bakı-Sumqayıt yolunda ötən həftənini cümə günündən yaranmış bu problemin nə vaxt aradan qaldırılacağı isə məlum deyil. Həmin istiqamətdən hər gün paytaxta işə gələn insanlar isə faktiki olaraq yolda yaradılan süni tıxacların əziyyətini çəkirlər.

Modern. az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım