Modern.az

Məhkəmə zorlamada ittiham olunan Stross Kana bəraət verdi

Məhkəmə zorlamada ittiham olunan Stross Kana bəraət verdi

Təhsil

24 Avqust 2011, 11:46

Nyu-York məhkəməsi Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross Kan üzərindən zorlama ilə bağlı bütün ittihamları ləğv edib. Modern.az “Reuters” agentliyinə istinadən bildirir ki, bu barədə qərarı ali məhkəmənin hakimi Maykl Obus çıxarıb. Bununla da BVF-nin eks rəhbərinə qarşı cinayət işi başa çatıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Nyu-York prokurorluğu məhkəmədən Kann üzərində bütün ittihamların ləğv edilməsini xahiş edib.

Kan otel xidmətçisi olan qaradərili qadını zorlamqda ittiham olunurdu.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım