Modern.az

Qəddafi "dirildi", ordusu ilə birgə Tripoliyə doğru gəlir

Qəddafi "dirildi", ordusu ilə birgə Tripoliyə doğru gəlir

Təhsil

24 Avqust 2011, 13:41

Liviya lideri Müəmmər Qəddafinin ordusu Tripolinin qərbində yerləşən Ajelat şəhərinə doğru hücuma başlayıb. Modern.az  “Reuters” Agentliyinə istinadən bildirir ki, hazırda başlanan hücumda polkovnikin qoşunları tanklardan və raketlərdən istifadə edir. Son xəbərlərərə görə ordu Tripoliyə doğru hərəkət edir. 

Halbuki, şəhərə girən qiyamçılar Tripolinin böyük hissəsinə nəzarət etdiklərini bəyan etmişdilər. Dünən gecə isə Liviya liderinin Bab-əl-Əzizziyyədəki iqamətgahını tutan müxalifətçilər oranı darmadağın ediblər. NATO təyyarələri bina kompleksinə 64 bomba salıb.

Bombardamandan sonra Qəddafi gecə ilə radio müraciətlə çıxış edib və iqamətgahı tərk etmələrini “taktiki addım” adlandırıb. Hazırda Liviyada vəziyyət qeyri-müəyyəndir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım