Modern.az

Ağstafaya 2,3 milyon manat ayrıldı

Ağstafaya 2,3 milyon manat ayrıldı

Təhsil

24 Avqust 2011, 19:00

Prezident İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama  əsasən, 11 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Poylu-Xətai-Yenigün-Aşağı Göycəli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitin 2,3 milyon (iki milyon üç yüz min) manatı Ağstafa rayon İcra Hakimiyyətinə ayrılıb. 
Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin edəcək.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
 

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım