Bu gün Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb. Bayrağı Liviyanın müvəqqəti işlər vəkili Naci Qəzalə qaldırıb. O, jurnalistlərə açıqlamasında bunları deyib: "Bu gün biz Liviyanın bayramını, Liviya inqilabçılarının qələbəsini qeyd edirik».
Modern.az ANSpress-ə istinadən bildirir ki, müvəqqəti işlər vəkilinin sözlərinə görə, bu bayrağın qaldırılması o deməkdir ki, səfirlik Liviyanın Milli Keçid Şurasını tanıyır və diktator Qəddafiyə artıq tabe deyil:
"İnanırıq ki, yaxın zamanlarda Azərbaycan da Liviyanın Milli Keçid Şurasını tanıyacaq", - deyə Qəzalə bildirib.