“Fənərbaxça” klubu Türkiyə futbolundakı danışılmış oyunlarla əlaqədar UEFA Çempionlar Liqasının oyunlarından kənarlaşdırılıb.
Modern.az saytının məlumatına görə, bu barədə avqustun 24-də Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet ali Aydınlar bildirib. Onun sözlərinə görə, “Fənəbaxça” klubu 2011-2012-ci illər mövsümündə Çempionlar Liqasına qatılamayacaq.
Türkiyə Futbol Federasiyasının (TFF) bəyanatında bildirilir ki, UEFA bu barədə tələbini dünən TFF-yə göndərib.
UEFA Çempionlar Liqasında “Fənəbaxça”nın əvəzinə Türkiyəni "Trabzonspor" klubu təmsil edəcək.