UEFA Çempionlar Liqasının “pley-off” mərhələsinin oyunlarına yekun vurulub. Modern.az-ın məlumatına görə, qruplara düşmək üçün “pley-off”da 20 komanda mübarizə aparırdı.
“Pley-off”da qeydə alınan nəticələrlə qruplara keçən komandaların adları məlum olub.
APOEL (Kipr) - Wisla (Polşa) - 3:1 (1:0) (ilk oyun - 0:1)
Genk (Belçika) - Maccabi (Hayfa, İsrail) - 2:1 (penaltilərlə 4:1) (1:2)
Malmö (İsveç) - Dinamo (Xorvatiya) - 2:0 (0:0) (1:4)
Villarreal (İspaniya) - Odense (Danimarka) - 3:0 (0:0) (0:1)
Zürich (İsveçrə) - Bayern (Almaniya) - 0:1 (0:1) (0:2)
Rubin (Rusiya) - Olympique (Lion, Fransa) - 1:1 (0:0) (1:3)
Viktoria (Çexiya) - Copenhagen (Danimarka) - 2:1 (0:1) (3:1)
Sturm (Avstriya) - BATE (Belarus) - 0:2 (0:1) (1:1)
Benfica (Portuqaliya) - Twente (Hollandiya) - 3:1 (1:0) (2:2)
Udinese (İtaliya) - Arsenal (İngiltərə) - 1:2 (1:0) (0:1)
***
Bu gün axşam saatlarında Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq.
Qrup mərhələsində 32 komanda qüvvəsini sınayacaq. Onlar aşağıdakı komandalardı.
“Real”, “Barselona”, “Valensiya”, “Villarreal” (hamısı İspaniya), “Mançester Yunayted”, “Çelsi”, “Mançester Siti”, “Arsenal” (hamısı İngiltərə), “İnter”, “Milan”, “Napoli” (hamısı İtaliya), “Borussiya” (Dortmund), “Bayern”, “Bayer” (hamısı Almaniya), CSKA (Moskva), “Zenit” (hər ikisi Rusiya), “Olimpik” (Marsel), “Olimpik” (Lion), “Lill” (hamısı Fransa), “Porto”, “Benfika” (Portuqaliya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Ayaks” (Hollandiya), “Olimpiakos” (Yunanıstan), “Bazel” (İsveçrə), “Otelul” (Rumıniya), “Trabzonspor” (Türkiyə), “Genk” (Belçika), “Dinamo” (Zaqreb, Xorvatiya), APOEL (Kipr), “Viktoriya” (Çexiya), BATE (Belarus), (İngiltərə).
UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına oktyabrın 13-14-də start veriləcək. Qrup oyunları bu il dekabrın 6-7-də başa çatacaq. Turnirin final matçı isə 2012-ci il mayın 19-da Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da keçiriləcək.
Bugünkü püşkatmadan əvvəl 32 komandanın adı 4 səbətdən çıxarılacaq və 8 qrup formalaşacaq.
Səbətlərin tərkibi isə belədi:
1-ci səbət: “Barselona”, “Mançester Yunayted”, “Çelsi”, “Bayern”, “Arsenal”, “Real”, “Porto”, “İnter”.
2-ci səbət: “Milan”, “Olimpik” (Lion), “Şaxtyor”, “Villarreal”, “Valensiya, “Benfika”, CSKA, “Olimpik” (Marsel).
3-cü səbət: “Zenit”, “Ayaks”, “Bayer”, “Olimpiakos”, “Mançester Siti”, “Lill”, “Bazel”, BATE.
4-cü səbət: “Borussiya” (Dortmund), “Napoli”, “Dinamo” (Zaqreb), APOEL, “Trabzonspor”, “Genk”, “Viktoriya”, “Oţelul”.
Modern.az