Modern.az

Deputat 36 seçicisini qəbul edib

Deputat 36 seçicisini qəbul edib

Təhsil

25 Avqust 2011, 14:24

Avqustun 25-də Lənkəran  rayon 73 saylı seçki dairəsindən millət vəkili Rüfət Quliyev deputat ofisində seçiciləri ilə növbəti görüş keçirib. Görüşə 36 seçici qatılıb və onlar öz problemləri barədə deputata  müraciət təqdim ediblər.

Deputatın qərargahından Modern.az saytına verilən məlumata görə, seçicilərdən Məsudə Əliyeva, İbrahim Dadaşov, Vəsail Sadıqov, Ramiz Abışov onların əvvəlki görüşdə qaldırıldığı məsələlərinin həllinə görə R.Quliyevə minnətdarlığını bildiriblər.

“Görüşdə qaldırılan əsas məsələlər işlə təmin olunmaq, mənzillərin təmirində köməklik göstərmək idi. Bir çox məsələlər yerindəcə deputat  tərəfindən hələ görüş zamanı həll edilmişdir”-deyə deputtın qərargahından bildirilib.

Modern.az   

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım