Modern.az

QHT-lərin müsbət təcrübəsi paylaşılır

QHT-lərin müsbət təcrübəsi paylaşılır

Təhsil

25 Avqust 2011, 15:46

Şura regionlarda bu mövzuda məlumatlandırma sessiyaları təşkil edir         

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “QHT-lərin müsbət təcrübəsinin paylaşılması” mövzusunda məlumatlandırma sessiyalarına başlayıb.      

Şuradan Modern.az-a bildirilib ki, ilk tədbir avqustun 23-də Qubada şəhər ictimaiyyətinin iştirakı ilə baş tutub. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyanın məqsədi və mahiyyəti haqda məlumat verib və belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini vurğulayıb.
F.Qurbanov qeyd edib ki, QHT-lərin fəaliyyəti ilk növbədə Azərbaycanın milli maraqlarına xidmət etməlidir: “Ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərin dünya ictimaiyyətinə çatdırılması, bir milyondan artıq qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, Azərbaycanda gedən demokratikləşmə proseslərinin dərinləşməsi, bütövlükdə sosial sahədə, o cümlədən səhiyyədə, ekoloji məsələlərin həllində, təhsil, elm və mədəniyyətin inkişafında QHT-lərin təşəbbüslərinin dəstəklənməsi Şuranın fəaliyyətinin əsas prioritetləridir”.

Sessiyada yerli QHT rəhbərləri, icra strukturlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə iştirakçılar öz fikirlərini bölüşmüş, rəy və təkliflərini səsləndiriblər. Çıxışlar və müzakirələr zamanı QHT rəhbərləri son dövrlər yerinə yetirilən layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərin və müsbət təcrübələrin ümumiləşdirilib geniş yayılmasının zəruriliyini qeyd ediblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım