Sentyabrın 13-də Avropa Şurası Parlament Assambleyasının Miqrasiya Komitəsinin iclası keçiriləcək. Bu barədə Modern.az saytına Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycandan millət vəkilləri Rövşən Rzayev və Qənirə Paşayeva bu komitənin üzvləridir.
Millət vəkili Qənirə Paşayeva Modern.az-a deyib ki, iclasın gündəliyinə Rusiya ilə Gürcustan arasındakı müharibədən sonra bölgədəki hümanitar vəziyyət, sənədsiz miqrant uşaqlar, narazılıq üçün real səbəblər, İqtisadi Əməkdaşlıq və İnkşaf Təşkilatının fəaliyyəti, seçki kampaniyaları müddətində miqrant və qaçqınların durumu, Avropada demokratik cərəyanlar, Roma xalqının Avropada vəziyyəti, köç və miqrasiya, Avropa Şurasının İnkşaf Bankı ilə əlaqələri, Şimali Qafqaz bölgəsində məcburi köçkün və qaçqınların durumu məsələləri daxildir.
Modern.az