Göygöl rayonunda ali məktəbə yüksək bal toplayaraq qəbul olan abituriyentlərlə görüş keçirilib. Görüşdə rayon üzrə ali məktəbə qəbulun vəziyyəti də müzakirə olunub.
Modern.az-ın məlumatına görə, bu il Göygöl rayonundan 410 məzun ali məktəbə daxil olmaq üçün ərizə təsdiq edib. Onlardan 106 -i tələbə adını qazanıb. Qəbul olunanlardan 13-ü 500-dən, 5-i isə 600-dən yüksək bal toplayıb.
Məzunlar onlara elm-savad öyrədən müəllimlərinə və onları boya-başa çatdıran valideynlərinə minnətdarlıq bildiriblər.
Yığıncaqda Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov tələbə adını qazanan məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Sonda rayon İcra Hakimiyyəti tərəfindən yüksək bal toplayan abituriyentlərə hədiyyələr təqdim edilib.
Xaliq Qurbanov
Gəncə