Modern.az

Allahşükür Paşazadə ad günü keçirməyəcək

Allahşükür Paşazadə ad günü keçirməyəcək

Təhsil

26 Avqust 2011, 17:19

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislan hacı Allahşükür Paşazadə 62 yaşını tamam edib. Ad günü ərəfəsində ölkə hüdudlarından kənarda olan şeyx həzrətləri artıq Bakıdadır.
QMİ sədrinin müavini Qəmər Cavadlı Modern.az-a açıqlamasında bildirib ki, şeyxülislan hacı Allahşükür Paşazadənin ad günü ilə baölı idarədə hər hansı bir mərasim düzənlənməyib. Onun sözlərinə görə, bu yaxınlarda şeyxin bacısı dünyasını dəyişib və həm də hazırda orucluq ayı olduğundan şeyx həzrətləri  ad gününü  keçirmir.

“Bundan əvvəlki ilərdə şeyx həzrətləri öz 60 illiyini təmtərala, geniş miqyasda keçirib. Həmin gün dünyanın hər yerindən gələnlər oldu, o cümlədən Rusya, Gürcüstanın dini liderləri də gəlmişdi, bütun din xadimləri iştrak etdilər. Dövlət rəhbərlərindən Dağıstan, Çeçenistan respublikalarının başçıları şeyx həzrətlərinin 60 illiyində iştrak ediblər. Ondan sonrakı ildə şeyx həzrətləri öz ad gününü ancaq ailəsi daxilində qeyd edib”.

Qəmər Cavadlı onu da bildirib ki, Allahşükür Paşazadə Şimali Qafqaz səfərini başa vuraraq artıq Bakıya dönüb.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım