Modern.az

“Azəriqaz” Bakı və Sumqayıtda qazın azalma səbəblərini açıqladı

“Azəriqaz” Bakı və Sumqayıtda qazın azalma səbəblərini açıqladı

26 Avqust 2011, 17:30

Xeyli vatdır ki, Bakı və Sumqayıt şəhərlərində əhaliyə qaz verilməsində problemlər var. Yay olmasına baxmayaraq, evlərə verilən mavi yanacağın təzyiqi xeyli aşağı düşüb. Halbuki, belə vaxtlarda qaza tələbat az olur.

“Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, qazın zəifləməsinin səbəbi qışa hazırlıqlarla bağlı görülən işlərlə bağlıdır.

Birliyin mətbuat xidmətinin əməkdaşı Tahir Kazımov bildirib ki, qışda qazla bağlı problemlərin olmaması üçün “Azəriqaz” İB tərəfindən hazırda Bakı, Bakıətrafı, Abşeron və Sumqayıtda texniki işlər aparılır:
“Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq evlərə verilən mavi yanacaqda azalmalar müşahidə olunur. Əsasən Bakı, Sumqayıt şəhərlərində, Bakıətrafı qəsəbələrdə və Abşeron rayonunda qışda qaz təhcizatını yaxşı olması üçün yeraltı qaz borular çıxarılıb, yerüstü qaz xətləri çəkilir və köhnə metal borular yeniləri ilə əvəz olunur. Yəni elə bir ciddi problem yoxdur”.

Tahir Kazımovun sözlərinə görə, təmir-bərpa işləri oktyabrın sonu, noyabrın əvvəlinə kimi başa çatacaq:
“Qışa hazırlıq noyabra kimi tam olaraq başa çatmalıdır. Ona görə də müvvəqəti olaraq qaz təhcizatında belə azalmalar olacaq”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım