Modern.az saytının məlumatına görə, BBC-nin Bakı ofisi bağlandıqdan sonra onun əmlakını «Xəzər» televiziyası alıb.
Bu məlumatı “Xəzər” telekanalından da təsdiqləyiblər.
Televiziyadan Modern.az-a bildiriblər ki, BBC-nin Bakı bürosundan radio yayımında istifadə olunan avadanlıqlar alınıb. Avadanlıqlar üçün nə qədər vəsaitin xərclənməsi ilə bağlı isə məlumat verilməyib.
Aytən ƏLİYEVA